Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI

10:03 - 17 / 05 / 2024
Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub - SİYAHI

Ötən il Azərbaycanda insan alveri qurbanlarının ən çox olduğu şəhər və rayonlar məlum olub.

1news.az-ın xəbərinə görə, bu, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatında əksini tapıb.

Bildirilib ki, həmin cinayətlərə məruz qalanların 24-ü Bakı, 11-i Gəncə və 5-i Sumqayıt şəhərləri, 6-sı Tovuz, 3-ü Sabirabad, 3-ü Ağdam və digər rayonların payına düşür.

Sənəd parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında müzakirə edilir.

Qeyd edək ki, Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimovdur.

Paylaş:
189

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər