Türk dünyası markalarını birləşdirən - “Made in Turan” | 1news.az | Xəbərlər
Cəmiyyət

Türk dünyası markalarını birləşdirən - “Made in Turan”

Qafar Ağayev10:11 - 22 / 05 / 2024
Türk dünyası markalarını birləşdirən - “Made in Turan”

200 milyondan çox insanın yaşadığı Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlıq getdikcə genişlənir.

TDT-dən 1news.az-a verilən məlumata görə, Türk dünyası ölkələrinin tarixi İpək Yolunun üzərində yerləşməsi onların Şərq və Qərb arasında artmaqda olan ti­carət dövriyyəsində də önəmli rola malik olmasına şərait yaradır. Statistik göstəricilərə əsasən, Çin və Avropa ölkələri arasındakı ticarət dövriyyəsi günlük 1 milyard ABŞ dollarının üzə­rindədir. Türk dünyası ölkələrinin bu mühüm ticarət yolu üzərində yerləş­məsi TDT-nin regionda iqtisadi gücə çevrilməsinə şərait yaradır. Belə ki, TDT-yə üzv ölkələrin dünya iqtisa­diyyatındakı ümumi ticarət dövriyyəsi 536 milyard ABŞ dolları təşkil edir.

Türk Dövlətləti Təşkilatına üzv ölkələr bu gün qlobal və regional miqyasda strateji hesab olunan Orta Dəhlizin üzərində yerləşir. Avropa ilə Asiya arasında vacib neft-qaz və nəqliyyat marşrutlarının keçdiyi Orta Dəhliz TDT-yə üzv dövlətlər üçün strateji əhəmiyyətə malikdir.

TDT-yə üzv ölkələrdə ümumi daxili məh­sulun (ÜDM) həcmi 1,5 trilyon ABŞ dolları, ticarət dövriyyəsi isə 1,2 trilyon ABŞ dolları təş­kil edir. Ümumilikdə, dünya ərazisinin 1 faizi, ticarət dövriyyəsinin isə 2,4 faizi TDT-yə üzv ölkələrin payına düşür.

Markalaşmanın yaratdığı ən böyük təsirlərdən biri də insanda yaratdığı sahib olma hissidir. TDT-yə üzv ölkələrin vahid markalaşmaya keçid etməsi bu ölkələrin istehsal etdikləri məhsul, göstərdikləri xidmətə qarşı marağı daha da artıracaqdır.

“Made in Turan” markası dedikdə TDT-yə üzv ölkələrin istehsal etdiyi məhsulların vahid markalaşmaya keçid etməsi başa düşülür. "Made in Turan" markası üçün əldə olunacaq xüsusi güzəştlər sayəsində ölkələr arasında ticarət dövriyyəsi artacaq və iqtisadi əlaqələr möhkəmlənəcəkdir.

“Made in Turan” markasının tətbiq olunması həmçinin Türk dünyası markalarının yeni dövrə keçid etməsidir. Bu markalaşma siyasəti nəticəsində türk dövlətləri markaları qlobal marka olma yolunda əmin addımlarla irəliləyəcək, əldə olunacaq xüsusi güzəştlər sayəsində türk dövlətləri arasında olan ticarət dövriyyəsi artacaqdır.

“Made in Turan” markası Türk dünyasının qlobal miqyasda mühüm iqtisadi güc olaraq tanınmasına öz töhfəsini verəcəkdir.

Paylaş:
439

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər