İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib - FOTO

Qafar Ağayev12:27 - 22 / 05 / 2024
İçərişəhərdə “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib - FOTO

Mayın 21-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) dəstəyi ilə Şirvanşahlar Sarayı Kompleksində Azərbaycanda zərgərlik sənəti və numizmatika nümunələrinə həsr edilən “Xəzinə” muzey ekspozisiyasının açılış mərasimi keçirilib.

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən 1news.az-a verilən məlumata görə, tədbirdə dövlət qurumlarının rəsmi şəxsləri, Milli Məclisin üzvləri, dövlət və özəl şirkətlərin rəhbər şəxsləri, eləcə də mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxış edib. Şahin Seyidzadə çıxışında UNESCO-nun ümumdünya mədəni irs siyahısına daxil edilmiş Şirvanşahlar Sarayı Kompleksində ziyarətçilərə təqdim olunan “Xəzinə” muzey ekspozisiyasının ölkəmizin qədim zərgərlik ənənələrinin və numizmatika irsinin təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib. O, bir çoxu ilk dəfə nümayiş olunacaq, antik çağlardan XX əsrə qədər uzanan dövrə aid eksponatların maddi-mədəni irsimizin daşıyıcıları olduğunu, onlardan ən dəyərlisinin isə eramızdan əvvəl II minilliyə aid tunc kəmər olduğunu bildirib.

“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov isə ölkəmizdə milli zərgərlik sənətimizə həsr olunmuş muzey ekspozisiyasının ilk dəfə yaradılmasına diqqət çəkərək, tarixi qala divarları ilə əhatə olunmuş əsrarəngiz İçərişəhərdə qədim dövrlərdə ərsəyə gətirilmiş zərgərlik məmulatları və pul nişanları ilə yanaşı, müasir dövlətimizin iqtisadi qüdrətinin göstəricilərindən biri hesab edilən, ən yeni texnologiyalar əsasında istehsal edilən sikkələr vahid ekspozisiyada nümayiş etdirildiyini qeyd edib. Zakir İbrahimovun sözlərinə görə, bu, bir tərəfdən, milli-mədəni dəyərlərimizə hörmət və ehtiramı, digər tərəfdən, keçmiş dövrlərdən formalaşmış milli zərgərlik ənənələrimizin yaşadılması və təbliğinə verdiyimiz önəmi özündə ehtiva edir. “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov “Xəzinə" muzey ekspozisiyasının həm vətəndaşlarımızın, həm də ölkəmizə səfər edən xarici qonaqların daim ziyarət etdiyi turistik obyektlərdən birinə çevriləcəyinə, nümayiş etdirilən eksponatların isə ziyarətçilərin böyük marağına səbəb olacağına əminliyinə ifadə edib.

Tədbir çərçivəsində, həmçinin “AzerGold” QSC-nin İçərişəhərə həsr etdiyi qızıl sikkə kolleksiyasının təqdimatı olub. Qeyd edək ki, “İçərişəhər” qızıl sikkə nümunəsində təkcə paytaxt Bakının deyil, ümumilikdə Azərbaycan memarlığının inciləri hesab edilən Şirvanşahlar Sarayı, Qız Qalası, Şah məscidi, Qoşa Qala qapıları, eləcə də İçərişəhərin memarlıq ansamblına daxil olan digər abidələr öz əksini tapıb.

Çıxışlardan sonra tədbir iştirakçıları “Xəzinə” muzey ekspozisiyasında sərgilənən zərgərlik sənəti və zəngin numizmatika nümunələri ilə tanış olublar.

Paylaş:
598

Son xəbərlər

Əli Əsədov səfirlikdə Heydər Əliyevin xatirəsini yad etdi - FOTOBu gün, 12:20Türkiyə səfirindən Heydər Əliyevin anım günü ilə bağlı PAYLAŞIMBu gün, 12:00Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanılıbBu gün, 11:45Əmtəə bazarlarında qızılın qiyməti 2 750 dollara yaxınlaşıbBu gün, 11:15Nazir: Saxta diplomlu həkimlərlə bağlı araşdırma aparılırBu gün, 11:14Mərkəzi Bank “Plato Capital and Co. İnvestisiya Şirkəti”nin lisenziyasını ləğv edibBu gün, 11:05Prezidentin köməkçisi: Ermənistanla Azərbaycan arasında danışıqlarda üçüncü ölkəyə ehtiyac yoxdurBu gün, 10:56Hikmət Hacıyev NATO Müdafiə Kollecinin nümayəndə heyəti ilə görüşübBu gün, 10:45Bu ilin 11 ayında Azərbaycana ən çox hansı ölkələrdən turistlər gəlib? - STATİSTİKABu gün, 10:34Prezident və birinci xanım Heydər Əliyevin məzarını ziyarət ediblərBu gün, 10:28Tramp Suriyada qərarlıdır: “Biz qarışmayacağıq”Bu gün, 10:27Azərbaycan neftinin qiyməti 76 dolları ötübBu gün, 10:25İcmadan ABŞ-nin Dövlət katibinə çağırış: Azərbaycanın daxili işlərinə qarışmayınBu gün, 09:56Rayonlarda 2 dərəcəyədək şaxta qeydə alınıb - FAKTİKİ HAVABu gün, 09:48Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edibBu gün, 09:40Mehriban Əliyeva Ümummilli Liderin anım günü ilə əlaqədar paylaşım edibBu gün, 09:21Bakı və Abşeronun bəzi ərazilərində qaz olmayacaqBu gün, 09:19İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edibBu gün, 09:1512 dekabra olan valyuta məzənnələri açıqlandıBu gün, 09:09Ümummilli Lider Heydər Əliyevin anım günüdürBu gün, 08:59
Bütün xəbərlər