Anar Bağırov: “Gələcəkdə Türk dünyası Vəkillər kollegiyalarının təsis edilməsini arzulayırıq” | 1news.az | Xəbərlər
Cəmiyyət

Anar Bağırov: “Gələcəkdə Türk dünyası Vəkillər kollegiyalarının təsis edilməsini arzulayırıq”

Qafar Ağayev16:09 - 23 / 05 / 2024
Anar Bağırov: “Gələcəkdə Türk dünyası Vəkillər kollegiyalarının təsis edilməsini arzulayırıq”

“2023-cü ildə Türkiyənin Kahramanmaraş vilayətində baş verən dəhşətli zəlzələ baş qeydə alınanda Azərbaycan vəkillərinin hər biri birləşib qardaşlarımıza, Türkiyə Barolar Birliyinə var gücümüzlə dəstək verməyə çalışdıq”.

1news.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırov mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin və ARVK-nın birgə təşkilatçılığı ilə keçirilən Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşündə çıxışı zamanı deyib.

“Çünki bu, bizim mənəvi borcumuz idi. Əgər biz bir-birimizə qardaş deyiriksə, təbii ki, bunu əməldə sübut etməliyik. İnanıram ki, bundan sonra da biz yaxşı və pis günlərdə də bir yerdə olacağıq”.

Sədr bildirib ki, bu gün vəkillik tarixində çox önəmli bir gündür:

“Gələcəkdə bugünkü gün xoş bir gün kimi, yadda qalacaq, xatırlanacaq. Bu gün yaranan əməkdaşlıq, qarşılıqlı münasibət gələcək illərdə də güclənəcək. Əminəm ki, hazırda tarixə imza atırıq. Bu münasibətlə bütün həmkarlarımı ürəkdən təbirik edirəm. Türkiyə Barolar Birliyinin prezidenti dəyərli Erinç bəyə bir daha minnətdaram ki, bu görüşün gerçəkləşməsində önəmli səylər göstərdi. Arzu edirəm ki, bu toplantı növbəti illərdə də davam etsin, gələcəkdə belə bir təşkilat təsis olunsun. Bu təşkilatın ölkələrimizdə rəsmi ofisi, təmsilçiləri olsun. Vəkillər üçün təlimlərin, konfransların keçirilməsi, təcrübə mübadiləsinin aparılması və bir sıra məsələlərin müzakirə olunmasını istəyirəm. Hesab edirəm ki, Türk dünyasının vəkilləri də bunu arzulayır”.

Anar Bağırov Türkiyə Barolar Birliyinin prezidenti Erinç Sağkanın yenidən Azərbaycana dəvət edib:

“Bilirəm ki, siz Azərbaycanı çox sevirsiz. Çox istərdim ki, sizi yenidən ölkəmizdə görək. Bildiyiniz kimi, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edir. Bu, çox önəmli bir hadisədir. Bu hadisə çərçivəsində Türk dünyası Vəkillər kollegiyalarının daha da yaxından iştirak etməyə dəvət edirəm. Düşünürəm ki, bundan sonra da keçirilən tədbirlərə bir-birimizi dəvət edək, daha sıx münasibətlər olsun. Bütün vəkillərə müraciət edərək bizim bu təşəbbüsü dəstəkləməyə çağırıram”.

Paylaş:
231

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər