Nasaz yük avtomobilinin yolda qalması bir neçə istiqamətdə avtomobil sıxlığının yaranmasına səbəb olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Nasaz yük avtomobilinin yolda qalması bir neçə istiqamətdə avtomobil sıxlığının yaranmasına səbəb olub

Qafar Ağayev17:48 - 23 / 05 / 2024
Nasaz yük avtomobilinin yolda qalması bir neçə istiqamətdə avtomobil sıxlığının yaranmasına səbəb olub

Nərimanov rayonu, Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində, metronun “Koroğlu” stansiyası istiqamətində texniki nasaz nəqliyyat vasitəsi yolda qalıb.

1news.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumat yayıb.

İnməhz bu səbəbdən Həsən bəy Zərdabi küçəsi, Mətbuat prospekti-“Qələbə” dairəsi, eləcə də metronun “Koroğlu” stansiyası istiqamətlərində sıxlıq yaranıb. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən aidiyyəti üzrə məlumat verilib, yük avtomobilinin yoldan kənarlaşdırılması və sıxlığın qarşısının alınması istiqamətində işlər görülür.

Paylaş:
314

Son xəbərlər

Bütün xəbərlər