AZAL Buxarest və Sofiyaya 99 avrodan aviabiletlər təklif edir | 1news.az | Xəbərlər
Cəmiyyət

AZAL Buxarest və Sofiyaya 99 avrodan aviabiletlər təklif edir

Qafar Ağayev09:53 - 23 / 05 / 2024
AZAL Buxarest və Sofiyaya 99 avrodan aviabiletlər təklif edir

Bakı – Azərbaycanın milli aviadaşıyıcısı AZAL Buxarest və Sofiya istiqamətlərinə xüsusi qiymətlərlə aviabiletlər təklif edir.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Bakı ilə Buxarest və Bakı ilə Sofiya arasında uçuşlara aviabiletləri 99 avrodan əldə etmək mümkündür. Aviaşirkətin bu marşrutlar üzrə yerinə yetirdiyi gediş-dönüş reyslərinə aviabiletlərin qiyməti 169 avrodan başlayır.

Xüsusi qiymətlər mayın 23-dən iyunun 5-nə kimi əldə edilən aviabiletlərə tətbiq edilir və yüksək tələbat dövrü istisna olmaqla, aviaşirkətin 3 iyun-25 oktyabr 2024-cü il tarixlərində həyata keçirəcəyi reyslərinə şamil olunur. Təklif çərçivəsində 10 kq-a qədər əl yükünün daşınması mümkündür.

Qeyd edək ki, AZAL Rumıniyanın paytaxtı Buxarestə uçuşlara həftədə iki dəfə, bazar ertəsi və cümə axşamları olmaqla iyunun 3-dən başlayacaq. Bolqarıstanın paytaxtı Sofiyaya isə reyslər iyunun 7-dən həftədə iki dəfə — çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Aviabiletləri rəsmi www.azal.az saytından və aviaşirkətin yenilənmiş mobil tətbiqindən əldə etmək olar.

Paylaş:
77

Son xəbərlər

Xudatda narkotik dövriyəsində şübhəli bilinən 2 nəfər saxlanılıb15 / 06 / 2024, 18:04Ahıl və tənha vətəndaşlara qarşı yarım milyon manata yaxın dələduzluq edilib15 / 06 / 2024, 17:41Bakının Xocalı prospekti istiqamətində yol hərəkəti yenidən təşkil edilir15 / 06 / 2024, 17:22Monteneqro futbol millisinin qapıçısı 26 yaşında ölüb15 / 06 / 2024, 17:01İsmayıllıda cücələrə su verən qadını elektrik cərəyanı vuraraq öldürüb15 / 06 / 2024, 16:39Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Avstriyaya təhvil verib15 / 06 / 2024, 16:16Kənan Quluzadə: “COP29 çərçivəsində turistlər üçün 15 fərqli istiqamət təqdim olunacaq”15 / 06 / 2024, 16:02Bu il iyunun 15-nə qədər “Şahdağ”dakı hotellərdə qalan turistlərin sayı açıqlandı15 / 06 / 2024, 15:55Kənan Quluzadə: 2024-cü ilin ilk 5 ayında ölkəyə gələn turistlərin sayında 35 faiz artım olub15 / 06 / 2024, 15:33Hakan Fidandan Azərbaycanla bağlı paylaşım edib15 / 06 / 2024, 15:27Azərbaycanda əczaçılıq məhsullarının istehsalı 30% artıb15 / 06 / 2024, 14:55Lənkəranda avtomobil su kanalına aşıb, 3 nəfər xəsarət alıb15 / 06 / 2024, 14:33Azad olunmuş ərazilərdə növbəti dəfə silah-sursat aşkar olunub15 / 06 / 2024, 14:16Tanınmış türk ilahiyyatçı vəfat edib15 / 06 / 2024, 13:59Gəncədə 14 yaşlı qızın nişanlanması ilə bağlı araşdırma başlanılıb - YENİLƏNİB15 / 06 / 2024, 13:45Ağdaşda lotereya biletləri oğurlayan keçmiş məhkum saxlanılıb15 / 06 / 2024, 13:32Kamaləddin Qafarov: “Azərbaycan bu gün qüdrətli bir dövlətə çevrilib”15 / 06 / 2024, 13:01Sabahın hava proqnozu15 / 06 / 2024, 12:41Azərbaycan neftinin qiyməti 84 dolları keçib15 / 06 / 2024, 12:27Səfir: “Dəmirağacı parkı”ndan danışmaq mənə böyük şərəf hissi verir15 / 06 / 2024, 12:16
Bütün xəbərlər