Azərbaycan Ordusunun hərbçisi su kanalında boğulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun hərbçisi su kanalında boğulub

17:01 - 27 / 05 / 2024
Azərbaycan Ordusunun hərbçisi su kanalında boğulub

Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Elvin Daşdəmir oğlu Eyvazov Samur-Dəvəçi-Abşeron su kanalında boğularaq vəfat edib.

1news.az-ın "Report"a istinadən məlumatına görə, Müdafiə Nazirliyindən bildirilib ki, baş vermiş hadisə ilə bağlı araşdırma aparılır.

"Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir", - məlumatda qeyd olunub

Paylaş:
318

Son xəbərlər

Bütün xəbərlər