HONOR 200 Seriyasının Azərbaycan bazarında təqdim edilmiş ilk modelini qarşılayın!
HONOR şirkəti Azərbaycanda yeni HONOR 200 seriyasına daxil olan HONOR 200 Lite modelinin tezliklə satışa çıxmağını elan edib.
HONOR 200 Lite - müstəsna şəkil keyfiyyətini və təkmilləşdirilmiş performansı özündə birləşdirən universal bir smartfondur. Sözü gedən bu cihaz, cəlbedici foto çəkiliş imkanları, immersiv ekran, göz oxşayan dizayn və istifadə rahatlığı ilə hər kəsə yeni istifadə təcrübəsi təqdim edir.
Belə ki, smartfon düz kənarlı və yuvarlaq künclü korpusla təchiz edilmişdir. Cihazın ölçüləri 161,1 × 74,6 × 6,8 mm, çəkisi isə 166 qram təşkil edir. Korpusun incə və yüngül olmasına baxmayaraq, HONOR 200 Lite yüksək davamlığa sahibdir və hətta 1,65 metr hündürlükdən təsadüfi düşmələrə tab gətirə bilir.
Smartfon 2412 × 1080 piksel təsvir ölçüsünü dəstəkləyən, düz, 6,7” AMOLED displeylə təchiz edilib. İşıq titrəməsi olmayan ekran, istifadə sahəsinin artırılması üçün inanılmaz geniş faydalı sahəyə malik olub, hətta parlaq günəş işığı altında belə təsvir dəqiqliyini qoruyub saxlaya bilir. AMOLED displeylər dolğun qara rənglər, əla baxış bucaqları və zəngin rəng çalarları ilə tanınır, belə ki, HONOR 200 Lite smartfonunda istifadə olunan bu ekran, məzmuna baxmaq və oyun oynamaq üçün əla həldir.
Ekran həm də minimal çərçivələri və 50 MP təsvir ölçülü, ön, geniş bucaqlı kamera üçün nəzərdə tutulmuş kəsiklə diqqət çəkir. Selfi kamerası HONOR RAW Domain alqoritmi üzərindən işləyərək, istənilən işıqlandırma şəraitində yüksək keyfiyyətli şəkillər çəkməyə imkan yaradır. O, həmçinin çəkiliş keyfiyyətinin artırılması üçün avtomatik FOV keçidi və selfi işığı ilə təchiz edilib.
Mat örtüklü arxa paneldə isə üç təsvir sensorlu kamera modulu yerləşdirilmişdir ki, bunlardan 108 MP-lik əsas, 5 MP-lik geniş bucaqlı və 2 MP-lik makro kameranı qeyd etmək olar. Əsas kamera yüksək dəqiqlikli təsvirlərin çəkilişini dəstəkləyir və istifadəçilərə müxtəlif fokus məsafəsində heyrətamiz şəkillər çəkməyə imkan verən, üç fərqli portret rejimi təklif edir. Qalan iki sensor: geniş bucaqlı çəkiliş üçün f/2.2 və makro çəkilişlər üçün f/2.4 optika ilə təchiz olunmuşdur.
Yeni cihaz, MediaTek Dimensity 6080 prosessoru (2,4 GHz-ə qədər tezliyə malik iki Cortex-A76 nüvəsi, 2,0 GHz-ə qədər tezliyə malik altı Cortex-A55 nüvəsi və Mali-G57 MC2 qrafik nüvəsi) əsasında hazırlanıb. Bu səkkiz-nüvəli prosessor gündəlik istifadənin öhdəsindən asanlıqla gələrək, istifadəçilərə sosial media əlavələrindən yararlanmağa, internetdə vaxt keçirməyə və eyni anda birdən çox proqramı rahatlıqla işlətməyə imkan yaradır. Həmçinin, smartfon ümumi performansın artırılması üçün 8 GB RAM və 256 GB daxili yaddaş təklif edir.
Cihaz, Magic Capsule, Magic Portal və Parallel Space funksiyalarını dəstəkləyən Android 14 əsasında işləyən, MagicOS 8.0 əməliyyat sistemi ilə təchiz edilmişdir. Burada, Magic Capsule müxtəlif bildirişləri göstərmək üçün ön kameranın ətrafındakı ərazini genişləndirir. Magic Portal isə növbəti hərəkətlərinizi avtomatik təyin etmək üçün nəzərdə tutulmuşdur ki, bu da sizə bir əməliyyatla cihazlar arasında tətbiqlərə və xidmətlərə tez daxil olmaq imkanı yaradır. Parallel Space ekranı vizual olaraq iki hissəyə bölərək, eyni anda iki proqramdan istifadə etməyə kömək edir, həmçinin eyni tətbiqi eyni anda iki müxtəlif hesabdan aktiv etməyə imkan yaradır.
Bundan əlavə, HONOR 200 Lite 4500 mAh tutumlu böyük akkumulyatora və 35 Vt gücündə HONOR SuperCharge yükləmə cihazı ilə təchiz edilib ki, bu da sürətli enerji doldurumu imkanları ilə smartfonun müntəzəm şəkildə işləməsini təmin edir.
Yeni smartfon qiymət və preformans nisbətinin əla təcəssümüdür və hər kəsə yeni istifadə təcrübəsi bəxş edəcəkdir. Smartfon üç rəng seçimində satışa çıxarılacaq: ulduzlu göy, mavi göl və gecəyarısı qara. Yeni HONOR 200 Lite-i İrshad, Kontakt Home, Soliton, Elit Optimal, MG Store və Umico mağazalarından 649.99 AZN-ə əldə edə bilərsiniz.
Cihaz haqqında ətraflı məlumat əldə etmək üçün aşağıdakı linkə keçid edə bilərsiniz: https://www.honor.com/az/phones/honor-200-lite/
Reklam hüququnda