Sarayda minik və yük maşınları toqquşub, ölənlər var | 1news.az | Xəbərlər
Cəmiyyət

Sarayda minik və yük maşınları toqquşub, ölənlər var

17:46 - 31 / 05 / 2024
Sarayda minik və yük maşınları toqquşub, ölənlər var

Abşeron rayonunun Saray qəsəbəsində iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

1news.az APA-ya istinadən xəbər verir ki, "KamAZ" markalı yük maşını ilə "Daewoo" markalı minik avtomobili toqquşub.

DİN-in Baş Dövlət Yol Polis İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev bildirib ki, hadisə saat 15:50 radələrində Saray qəbiristanlığının qarşısında qeydə alınıb.

"Daewoo Gentra" markalı, 10-KY-967 dövlət qeydiyyat nişanlı minik avtomobili idarəetməni itirərək əks istiqamətdən gələn "KamAZ" markalı, 99-JR-925 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və sərnişini hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır, müvafiq ekspertizalar təyin edilib.

Paylaş:
346

Son xəbərlər

Bütün xəbərlər