Şimşək çaxıb, leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Şimşək çaxıb, leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

15:59 - 01 / 06 / 2024
Şimşək çaxıb, leysan xarakterli yağış yağıb - FAKTİKİ HAVA

İyunun 1-i saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Şahdağ, Gədəbəy, Göygöl, Daşkəsəndə şimşək çaxıb, leysan xarakterli yağış yağıb.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Gədəbəy rayonu Slavyanka kəndinə saat 14:48-14:50 radələrində, Şahdağda isə saat 14:50-15:00 radələrində dolu düşüb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 32, Aran rayonlarında 33, dağlıq rayonlarda 22 dərəcəyədək isti olub.

Paylaş:
296

Son xəbərlər

Bütün xəbərlər