Bakıda ana və qızını avtomobil vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda ana və qızını avtomobil vurub

09:10 - 05 / 06 / 2024
Bakıda ana və qızını avtomobil vurub

Bakının Xətai rayonunda yol qəzası zamanı iki nəfər ağır xəsarət alıb.

1news.az xəbər verir ki, qəza Gəncə prospektində baş verib.

Belə ki, 1991-ci il təvəllüdlü Fəridə Quliyeva anası 1967-ci il təvəllüdlü Rəsmiyyə Quliyeva yolun əks tərəfinə keçərkən onların hər ikisini avtomobil vurub.

Yaralılar hər ikisi ağır xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xətai Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.

Paylaş:
199

Son xəbərlər

Bütün xəbərlər