Avtomobil Kür çayına düşdü, 3 nəfərin axtarışları davam edir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Avtomobil Kür çayına düşdü, 3 nəfərin axtarışları davam edir - FOTO

Qafar Ağayev16:12 - 06 / 06 / 2024
Avtomobil Kür çayına düşdü, 3 nəfərin axtarışları davam edir - FOTO

İyunun 2-də Tovuz rayonunun Hunanlar kəndi ərazisində avtomobilin Kür çayına düşməsi nəticəsində batdığı ehtimal olunan 3 nəfərin axtarışları Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri tərəfindən davam etdirilir.

1news.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Hazırda Tovuz rayonu sakinləri 1992-ci il təvəllüdlü Cəfərov Vüqar Rəsul oğlu,1989-cu il təvəllüdlü Quliyev Tural Hüseyn oğlu və 1988-ci il təvəllüdlü Sadıqov Elxan Sakit oğlunun batdıqları ehtimal olunan istiqamətlər üzrə axtarışları intensiv şəkildə davam etdirilir.

Əlavə məlumat veriləcək.

Paylaş:
305

Son xəbərlər

İsmayıllıda zəlzələ olub

12 / 07 / 2025, 10:12
Bütün xəbərlər