Gülnarə Abbasova: Bu göstərici iqlim normasından 6 dərəcə yuxarıdır
Bakı və Abşeron yarımadasında havanın yerə yaxın qatında müşahidə olunan bulud təbəqəsi sinoptik şəraitlə əlaqədar atmosfer hadisəsidir.
1news.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.
O qeyd edib ki, son günlər Bakıda və Abşeron yarımadasında isti hava şəraiti müşahidə olunur və havanın temperaturu 36 dərəcəyədək yüksəlib ki, bu göstərici iqlim normasından 6 dərəcə yuxarıdır. Bu da yüksək temperatur fonunda Xəzər dənizi üzərində su buxarı kondensasiyası məhsullarının toplanmasına və bulud təbəqəsinin yaranmasına səbəb olub.
214