Muxtar Babayev BMT-nin İşçi Qrupu ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Muxtar Babayev BMT-nin İşçi Qrupu ilə görüşüb

Qafar Ağayev14:20 - 07 / 06 / 2024
Muxtar Babayev BMT-nin İşçi Qrupu ilə görüşüb

Ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev BMT-nin Azərbaycan nümayəndəliyi də daxil olmaqla BMT-nin İşçi Qrupu ilə görüşüb.

1news.az xəbər verir ki, bu barədə COP29-un rəsmi "X" hesabında paylaşım edilib.

Bildirilib ki, görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) və BMT-nin Ətraf Mühit Proqramının (United Nations Environment Programme – UNEP) nümayəndələri ilə qlobal iqlim fəaliyyətinin yaxşılaşdırılması üçün görülməli tədbirlər müzakirə edilib.

Paylaş:
274

Son xəbərlər

Bütün xəbərlər