Ölkə ərazisində 39 dərəcə isti olub - Faktiki HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Ölkə ərazisində 39 dərəcə isti olub - Faktiki HAVA

09:14 - 07 / 06 / 2024
Ölkə ərazisində 39 dərəcə isti olub - Faktiki HAVA

İyunun 7-si saat 9:00-a olan məlumata əsasən Azərbaycanda hava şəraiti sabit, əsasən yağmursuz keçib.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33-36, Naxçıvan MR-da 35, Aran rayonlarında 35-39, dağlıq rayonlarda 25-29, yüksək dağlıq ərazilərdə isə 16 dərəcəyədək isti olub.

Paylaş:
180

Son xəbərlər

Bütün xəbərlər