Dübəndidə dənizdə batan şəxsin cəsədi çıxarılıb - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Dübəndidə dənizdə batan şəxsin cəsədi çıxarılıb - YENİLƏNİB

Qafar Ağayev13:06 - 10 / 06 / 2024
Dübəndidə dənizdə batan şəxsin cəsədi çıxarılıb - YENİLƏNİB

Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi yaşayış massivi ərazisində dənizdə batmış 1979-cu il təvəllüdlü Mirzəyev Mikayıl Rəhim oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə "Report"a FHN-dən bildirilib.

"Vətəndaş ən yaxın xilasetmə məntəqəsindən 5 km məsafədə nəzarət olunmayan ərazidə batıb", - məlumatda qeyd olunub.

***

Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi Yaşayış massivinin yaxınlığında dənizdə bir nəfər batıb.

1news.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerində FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Paylaş:
571

Son xəbərlər

Bütün xəbərlər