“Bakmil” stansiyasına hərəkət cədvəli yenilənib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakmil” stansiyasına hərəkət cədvəli yenilənib

11:39 - 19 / 06 / 2024
“Bakmil” stansiyasına hərəkət cədvəli yenilənib

İyun ayının 20-də Bakı metropolitenində qatarların hərəkətinin yay qrafikinə uyğun tənzimlənməsinə başlanılacaq.

1news.az “Bakı Metropoliteni” QSC-yə istinadən verir ki, bununla əlaqədar "Bakmil" stansiyası istiqamətində və əksinə hərəkət edən qatarların hərəkət cədvəli dəyişdiriləcək.

Cədvəl "Bakı Metropoliteni" QSC-nin rəsmi internet saytında (https://metro.gov.az/az/page/muddealar/depo-qatarlarinin-hereket-cedveli) dərc edilib. Yenilənmiş cədvəl iş və qeyri-iş (şənbə, bazar, bayram) günləri olmaqla iki hissədən ibarətdir.

Yay qrafikinin tətbiq olunduğu dövrdə hərəkət cədvəlinə dəyişiklik ediləcəyi təqdirdə əlavə məlumat veriləcək.

Paylaş:
389

Son xəbərlər

Bütün xəbərlər