Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşları ilə vida mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşları ilə vida mərasimi keçirilib - FOTO

14:44 - 24 / 06 / 2024
Xidməti vəzifələrini yerinə yetirərkən həlak olan polis əməkdaşları ilə vida mərasimi keçirilib - FOTO

İyunun 24-də törətdiyi cinayət əməlinə görə axtarışda olan şəxs saxlanılarkən qətlə yetirilən polis kapitanı Eldəniz Məmmədov, polis serjantları Mirəli Heydərov və Mahir Ağayevlə vida mərasimi keçirilib.

1news.az xəbər verir ki, bu barədə DİN-dən bildirilib.

Vida mərasimində onların ailə üzvləri, Daxili İşlər Nazirliyinin əməkdaşları iştirak ediblər.

Mərasimdə bildirilib ki, onların xidməti fəaliyyəti zamanı fədakarlığı qəlbimizdə əbədi yaşayacaq: "Yaxınlarına, doğmalarına Allahdan səbr diləyirik! Allah rəhmət eləsin!"

Paylaş:
349

Son xəbərlər

Bütün xəbərlər