Beynəlxalq Qurama Festivalı Şuşa səfəri ilə başa çatdı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Beynəlxalq Qurama Festivalı Şuşa səfəri ilə başa çatdı - FOTO

19:11 - 24 / 06 / 2024
Beynəlxalq Qurama Festivalı Şuşa səfəri ilə başa çatdı - FOTO

20-22 iyun tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı və Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə baş tutan Azərbaycanda ilk Beynəlxalq Qurama Festivalı Şuşa səfəri ilə yekunlaşıb.

Xatırladaq ki, üç gün davam edən Beynəlxalq Qurama Festivalının açılışı 20 iyun tarixində Şirvanşahlar Sarayında baş tutub. Festivalın ikinci günü -- 21 iyun tarixində “Qurama Dayanıqlı sənət kimi: Eko-dost üsulların ənənələrlə sintezi” adlı beynəlxalq seminar təşkil olunub. Seminarda türk dövlətlərini təmsil edən quramaçı sənətkarlar, tədqiqatçılar və qurama sənətinin həvəskarları bir arayə gələrək, qurama sənətinin müxtəlif aspektləri, bu sahədə olan yeniliklər və təcrübələrini bölüşüb, gələcəkdə qurama sənətin inkişafı yollarına dair fikir mübadiləsi aparıblar. Seminar zamanı quramanın qədim mədəni irsi təmsil etməsi ilə yanaşı, onun eko-dost sənət növü kimi də əhəmiyyəti xüsusi vurğulanıb.

Festival çərçivəsində həmçinin, qurama sənəti üzrə İçərişəhərin müxtəlif məkanlarında ustad dərsləri, “İçərişəhər” Muzey Mərkəzinin fond kolleksiyasından olan qurama nümunələrinin və Qoşa Qala meydanında yerli və xarici quramaçı sənətkarların əl işlərinin nümayişi təşkil olunub. Qazaxıstan, Qırğızıstan və Türkiyədən gələn quramaçı sənətkarlar "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda yerləşən Qurama Mərkəzi ilə tanış olublar. Qoruq ərazisindəki Arxeoloji-Etnoqrafik Muzey Kompleksində nümayiş olunan yerli əhalinin əsrlər boyunca yaşadığı ənənəvi həyat tərzi qonaqların marağına səbəb olub.

Bildirək ki, 22 iyun tarixində Beynəlxalq Qurama Festivalının yerli və xarici iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərini ziyarət ediblər. Səfər zamanı quramaçı sənətkarların əl işlərinin və zəfər yolunu tərənnüm edən, üzərində xarı bülbül təsviri olan 44 metrlik quramanın nümayişi, eləcə də Tut bağında ziyarətçilərə üçün təşkil olunan ustad dərsi şəhər sakinləri tərəfindən maraqla qarşılanıb.

Paylaş:
201

Son xəbərlər

Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04PAŞA Sığorta könüllü əmlak sığortası əldə edən müştərilərə avtomobil qazanmaq şansı təqdim edir!Bu gün, 13:00Aralarında vəzifəli şəxslərin də olduğu mütəşəkkil dəstənin cinayət işi məhkəməyə göndərilibBu gün, 12:49“Kartdan-karta” üsulu ilə işləyən daha 258 sahibkara cərimə yazılsıBu gün, 12:31Azərbaycan-İran xüsusi təyinatlılarının “Araz – 2024” birgə taktiki təlimi keçirilirBu gün, 12:21Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılarBu gün, 12:12Prezident Surinamın dövlət başçısını təbrik edibBu gün, 12:09MEDİA çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 12:09İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərinə təbrik məktubu ünvanlayıbBu gün, 12:08Azər Əmiraslanov: “Gələn il sosial paket 3 milyon insanı əhatə edəcək”Bu gün, 11:58Leysan yağacaq - XƏBƏRDARLIQBu gün, 11:47Sahibə Qafarova: Bu il iqtisadiyyatın əsas sektorlarında mühüm uğurlar müşahidə edilirBu gün, 11:35ABB Bakıxanov qəsəbəsində yeni filial açdı!Bu gün, 11:27
Bütün xəbərlər