Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub | 1news.az | Xəbərlər
Mədəniyyət

Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub

11:22 - 25 / 06 / 2024
Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub

İyunun 24-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib.

1news.az xəbər verir ki, tədbirdə iki ölkənin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər iştirak ediblər.
Mərasimdə çıxış edən Rusiya mədəniyyət nazirinin müavini Andrey Malışev nümayəndə heyətinin səmimi qarşılanmasına və Rusiya Mədəniyyəti Günlərinin keçirilməsinə dəstəyinə görə Azərbaycan Respublikası hökumətinə təşəkkürünü bildirib.

Qeyd olunub ki, Azərbaycan və Rusiya xalqlarını çoxəsrlik dostluq əlaqələri və ortaq tarixi inkişaf yolu birləşdirir. Azərbaycanda Rusiya Mədəniyyəti Günləri sonuncu dəfə 2019-cu ildə təşkil edilib: “İstəyirik ki, bundan sonra bu tədbiri ildə bir dəfə olmaqla mütəmadi keçirək. Məhz bu kimi mədəni layihələr iki dövlətin strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələrinin daha da inkişafına şərait yaradır. İnanıram ki, bu gün Rusiyalı incəsənət ustalarının azərbaycanlı həmkarları ilə birgə çıxışı da bu əməkdaşlığın ən gözəl nümunəsi kimi alqışlanacaq”.

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxışında Azərbaycan və Rusiya arasında mədəni əlaqələr dinamik şəkildə inkişaf etdiyini bildirib.

Çıxışlardan sonra möhtəşəm qala konsert təqdim olunub. Konsertdə Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestrinin müşayiəti ilə (dirijor – Rusiyanın Əməkdar artisti İvan Rudin) Aleksey Melnikov (fortepiano), Sergey Doqadin (violin) və Mariya Barakovanın (mezzo-soprano) çıxışları tamaşaçıların alqışları ilə qarşılanıb. Gecədə Azərbaycan vokalçılarının rusiyalı ifaçılarla birgə səhnəni bölüşməsi də böyük alqış doğurub.

P.Çaykovski, S.Raxmaninov, D.Şostakoviç və N.A.Rimski-Korsakovun əsərlərinin yer aldığı proqram tamaşaçılara unudulmaz anlar bəxş edib.

Qeyd edək ki, mədəniyyət günləri çərçivəsində iyunun 25-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında Rusiyadan gəlmiş mütəxəssislər Aleksandrina Koloqriva və Nataliya Kulikovanın aktyor sənəti, Alina İvaxın vokal üzrə ustad dərsləri təşkil olunacaq.

Həmin gün sənətsevərlər Akademik Rus Dram Teatrında Moskva Quberniya Teatrının Aleksandr Ostrovskinin "Ailə şəkli" ("Семейная картина", 1847) pyesi əsasında hazırladığı eyniadlı tamaşanı izləyəcəklər.

Paylaş:
604

Son xəbərlər

Azərbaycanda maliyyə piramidası şəbəkəsi ifşa edilib28 / 09 / 2024, 18:05Binəqədi rayonunda mebel sexində baş verən yanğın məhdudlaşdırılıb28 / 09 / 2024, 17:26Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb28 / 09 / 2024, 17:06"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə” dəyişib28 / 09 / 2024, 16:26Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb28 / 09 / 2024, 15:57Toyuna hazırlaşan qız faciəvi şəkildə ölüb28 / 09 / 2024, 15:24Azərbaycanda sağlamlıq turizminin inkişafında Naftalan neftinin rolu artırılır - SƏRƏNCAM28 / 09 / 2024, 14:55Xüsusi təyinatlılar təlimdə gecə şəraitində düşmən obyektinə qəfil basqın ediblər28 / 09 / 2024, 14:37“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib28 / 09 / 2024, 14:14Xüsusi, hərbi, diplomatik rütbələrin və ixtisas dərəcələrinin qarşılıqlı uyğunlaşdırılması qaydası təsdiq edilib - FƏRMAN28 / 09 / 2024, 13:53Prezident Çin Xalq Respublikasının Sədrini təbrik edib28 / 09 / 2024, 13:42Azərbaycan neftinin qiyməti 74 dollara düşüb28 / 09 / 2024, 13:34Bu gün böyük yazıçı Mir Cəlal Paşayevin anım günüdür28 / 09 / 2024, 12:59Xəzər dənizi sahili boyu ərazilərdə havada toz müşahidə olunur28 / 09 / 2024, 12:36Əmtəə bazarlarında qızıl ucuzlaşmaqda davam edir28 / 09 / 2024, 12:25Bazar gününün hava proqnozu28 / 09 / 2024, 12:09Tərtərdə avtoxuliqanlıq edərək görüntülərini sosial şəbəkədə yayan şəxs saxlanılıb28 / 09 / 2024, 11:49DİN əməliyyatlar keçirib, 22 kiloqram narkotik aşkarlanıb28 / 09 / 2024, 11:39Mingəçevirdə dələduzluq edən şəxs saxlanılıb28 / 09 / 2024, 11:22Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası 27 Sentyabr - Anım Günü ilə bağlı silsilə tədbirlər keçirib28 / 09 / 2024, 11:03
Bütün xəbərlər