Xəzərin sahilində fransız dəbdəbəsi: “Yves Delorme” brendi ilə “Maize” çimərliyinin yay əməkdaşlığı - FOTO
Zərafət və füsunkarlıq ab-havası Xəzərin sahilində yay boyunca hökm sürmək fürsəti qazanıb.
"Sea Breeze Resort"da "Maize" çimərliyinin qızılı qumlarında yayın hökmranlığı "Yves Delorme" tərzi ilə başladı: narıncı tonlara bürünmüş və "Croisiere" kolleksiyasından ilham almış qamaklar, dekorativ yastıqlar, yumşaq döşəklər və kreslolar.
Bakının məşhur çimərliyi yenilənib və öz parlaq narıncı çalarları ilə yayı qarşılamağa hazırdır. Xəzər sahilinin günəşli vahəsi premium tekstil sahəsində özünü dəb lideri kimi tanıtmış brendin dekor elementləri ilə bəzədilib.
"Yves Delorme" tərzində yay mövsümünə 7 iyun tarixində, axşam saatlarında start verildi. Çimərlikdə narıncı tonlarda etüd ortaya çıxdı: qürubun dolğun rəngləri "Yves Delorme" brendinin Azərbaycandakı eksklüziv distribütorluğunu həyata keçirən "Italdizain" şirkəti tərəfindən təqdim edilən yay kolleksiyasının parlaq və isti günəş koloristikasını vurğulayırdı. "Qızıl saat"ın mənzərə fotoşəkilləri anın gözəlliyi və estetikasını ehtiva edirdi.
Qapalı əyləncə gecəsinin qonaqları məşhur influenserlər və media nümayəndələri idi. Gecənin atəşin ab-havasına DJ Nicolas Mun cavabdeh idi və fransız ruhunda Bakı yayının dadı mövsümün xüsusi "Yves Delorme Breeze" kokteylinin təqdimatı ilə vurğulanırdı.
Bakıda yay istirahətinin əsl məkanı, orijinallığı ilə fərqlənən "Maize" çimərliyi öz üslubunda Yaponiya və Peru mədəniyyətinin qastronomiya ənənələrini, dəniz sahilində ekzotik əyləncələrin qaynar ab-havasını, rahatlıq gətirən çimərlik istirahəti üçün hərtərəfli düşünülmüş infrastrukturu birləşdirir.
"Yves Delorme" ilə əməkdaşlıq "Maize" çimərliyinə unikal tərz və yeni səviyyədə rahatlıq bəxş edərək onu yeni şəklə salıb. Hovuz, qamaklar, rahat kafe və brendin özünəməxsus tərzində bəzədilmiş fotozona qonaqları gözləyir.
"Maize" bu mövsümdə fransız zərafəti çalarları ilə bütün sevimli yay ssenarilərini özündə cəmləyəcək.
Eksklüziv açılış mərasimindən sonra "Maize" çimərliyi buraya gəlməyi arzulayan hər kəsə açıqdır. Gəlin və Xəzərin sahilində yaydan "Yves Delorme" ilə birlikdə mövsümün sonuna qədər həzz alın.
Reklam hüququnda