Astarada 16 yaşlı qız asılı vəziyyətdə tapılıb - YENİLƏNİB
Astarada intihar etdiyi deyilən 16 yaşlı qızın meyiti ailəsinə təhvil verilib.
11:26
Astarada 16 yaşlı yeniyetmə qız asılı vəziyyətdə tapılıb.
1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə, gecə saatlarında Astara rayonunun Şüvi kənd sakini 16 yaşlı B.Qurbanovanın meyiti yaşadığı evin yarım tikilisində asılı vəziyyətdə tapılıb. Yaxınlarının sözlərinə görə, o, ailədə sakit təbiətli, heç kimlə işi olmayan biri olub. Dünən gecə hər kəslə sağollaşıb yatmağa gedib. Bir müddət sonra onun otağına girən ailə üzvləri B.Qurbanovanı asılmış vəziyyətdə tapıblar.
Onun intihar etdiyi bildirilir.
Yeniyetmənin hansı səbəbdən bu addımı atdığı məlum deyil.
Qeyd edək ki, o, iki qardaşın bir bacısı olub.
Faktla bağlı araşdırma aparılır.