MMF2024 uğurla yekunlaşdı! - FOTO
“Bilik təcrübədə tamamlanır” şüarı ilə bu il IX dəfə keçirilən Milli Marketinq Forumu uğurla yekunlaşıb.
“Facemark” və “Fil Agency” şirkətlərinin birgə təşkilatçılığı ilə həyata keçirilən forum 30 iyun tarixində 3 paneldən ibarət olub. Tədbir 500-dən çox şirkət nümayəndələrinin və marketoloqların iştirakı ilə baş tutub.
İlk panel olan “Yeni media və PR” paneli “İrşad Electronics”in marketinq departamentinin rəhbəri Şəbnəm Hümbətovanın moderatorluğu ilə keçirlib. Paneldə “Biznes mərkəzi” verilişinin layihə rəhbəri və aparıcısı Rüfət Nadirli, “YelloAd” şirkətinin təsisçisi Namiq Bayramov, “OBA Marketlər Şəbəkəsi”nin marketinq kommunikasiyaları şöbə müdiri Aynur Qaraqurbanlı, “Aztelekom” və “Baktelekom”un korporativ əlaqələr sektorunun rəhbəri Səfər Aslanov ənənəvi media və rəqəmsal mediadan, sahə üzrə problemlər və onların həlli yollarından danışaraq iştirakçılara öz təcrübələrini bölüşüblər.
“Satış və Ticari Marketinq” paneli “Readit.az” təsisçisi Elmir Kərimlinin moderatorluğu ilə keçirilib. “Avrora” şirkətinin marketinq meneceri Elşən Əmirov, “Metric Analytics” şirkətinin təsisçisi Rövşən Nadirov, “Oba Marketlər Şəbəkəsi”nin trade marketinq üzrə şöbə müdiri Tərlan Mehmanov, “Aztelekom” MMC-nin B2B şöbə müdiri Elgiz Əliyev və “CEO's Lounge” şirkətinin brend meneceri Burak Kölemen ticari marketinq sahəsi üzrə müzakirələr edərək iştirakçıların suallarını cavablandırıblar. Həmçinin spikerlərə ünvanlanan ən yaxşı sual sahiblərinə hədiyyələr təqdim olunub.
“Rəy liderləri” paneli “İctimai radio”nun direktoru DJ Fatehin moderatorluğu ilə baş tutub. Panelin spikerləri – aktyor, ssenarist, prodüser Azər Aydəmir, yazar Aqşin Yenisey, “1/4 Agency”nin CEO və həmtəsisçisi Səma Abiyeva rəqəmsal dünyanın ən son yeniliklərindən, sosial media məzmunlarından çıxışlar edərək iştirakçıların suallarını cavablandırıblar.
Həmçinin Dövlət Məşğulluq Agentliyi Mərkəzi karyera filialının rəhbəri Toğrul Ələkbər, “Planly” şirkətinin təsisçisi Toğrul Səməd, “Gang Full Production House” şirkətinin partneri Özgür Baykut və Sənan Orucov tədbir zamanı keynote spiker qismində təqdimatlarını ediblər.
Reklam hüququnda