Fuad Nağıyev: “230-dən hotel ulduz təsnifatından keçib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Fuad Nağıyev: “230-dən hotel ulduz təsnifatından keçib”

Qafar Ağayev16:45 - 03 / 07 / 2024
Fuad Nağıyev: “230-dən hotel ulduz təsnifatından keçib”

“230-dən hotel ulduz təsnifatından keçib” .

1news.az xəbər verir ki, bunu Milli Ulduz Təsnifatından keçmiş hotellərə ulduz dərəcələrinin verilməsi və Milli Rezervasiya Platformasının təqdimatı tədbirində Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.

“Audit nəticəsində bəzi hotellərdə qüsurlar aşkarlanmışdı,bəzi hotellər qüsurları aradan qaldırsa da 40-a yaxın hotelə qüsurlarını düzəltmək üçün vaxt verilib. İnanırıq ki, həmin hotellər də qüsurları aradan qaldırıb iddia etdikləri ulduz təsnifatına layiq görüləcəklər” .

Paylaş:
270

Son xəbərlər

Bütün xəbərlər