ETSN nümayəndəsi Meşəsalma və Meşələrin Bərpası üzrə Beynəlxalq Konfransda iştirak edir | 1news.az | Xəbərlər
Cəmiyyət

ETSN nümayəndəsi Meşəsalma və Meşələrin Bərpası üzrə Beynəlxalq Konfransda iştirak edir

Qafar Ağayev13:00 - 04 / 07 / 2024
ETSN nümayəndəsi Meşəsalma və Meşələrin Bərpası üzrə Beynəlxalq Konfransda iştirak edir

Afrika İttifaqı Komissiyası, Birləşmiş Millətlər Təşkilatının Meşələr üzrə Forumu, Afrika Meşə Forumu və Konqo Respublikası Hökumətinin təşkilatçılığı ilə Konqonun Brazavil şəhərində Meşəsalma və Meşələrin Bərpası üzrə Beynəlxalq Konfrans öz işinə başlayıb.

1news.az xəbər verir ki, beynəlxalq konfransın keçirilməsində məqsəd ağacəkmə və meşələrin bərpası fəaliyyətlərini dəstəkləmək üçün beynəlxalq əməkdaşlığa, maliyyə resurslarının artırılmasına, bu sahədə innovativ layihələrə çıxışın təmin edilməsinə nail olmaqdır.

Konfrans iştirakçıları iqlim dəyişikliyi ilə mübarizə kontekstində planetdə ağaclandırmanın əhəmiyyəti, biomüxtəlifliyin qorunması və ekosistem bütövlüyünün təmin edilməsi ətrafında müzakirələr aparacaq, bəşəriyyəti narahat edən ekoloji məsələlərdə beynəlxalq həmrəyliyin vacibliyi barədə fikir mübadiləsi edəcəklər.

İyul ayının 5-dək davam edəcək beynəlxalq konfransın panel müzakirələrində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi, Nazirliyin ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov ağaclandırma, yeni yaşıllıq sahələrinin salınması və meşə ilə örtülü ərazilərin artırılması istiqamətində ölkədə görülən işlərlə bağlı məlumat verib, iqlim dəyişmlərinin təsirlərinin azaldılması sahəsində yerinə yetirilən tədbirləri beynəlxalq ekspertlərin diqqətinə çatdırıb.

Paylaş:
185

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər