Bakının daha bir küçəsində avtobusların hərəkəti məhdudlaşdırılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakının daha bir küçəsində avtobusların hərəkəti məhdudlaşdırılır

Qafar Ağayev08:48 - 04 / 07 / 2024
Bakının daha bir küçəsində avtobusların hərəkəti məhdudlaşdırılır

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar iyulun 4-də saat 07:00-dan iyulun 5-də saat 22:00-dək Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

AYNA-dan 1news.az-a bildirilib ki, tətbiq ediləcək məhdudiyyətlə əlaqədar Mikayıl Müşfiq küçəsinə daxil olan 6, 10, 31, 53 və 77 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Parlament və Hüseyn Cavid prospektləri, eləcə də Mehdi Hüseyn küçəsi ilə təşkil ediləcək.

Paylaş:
262

Son xəbərlər

Bütün xəbərlər