İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilib

Qafar Ağayev10:44 - 05 / 07 / 2024
İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilib

İcbari Sığorta Bürosuna yeni icraçı direktor təyin edilib.

1news.az xəbər verir ki, İSB-nin Himayəçilər Şurasının qərarı ilə Vüsal Məsiyev qurumun yeni icraçı direktoru təyin edilib.

V. Məsiyev bu vəzifədə Rəşad Əhmədovu əvəz edib.

V.Məsiyev vaxtilə İSB-nin Baş İnformasiya Meneceri vəzifəsində çalışıb, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinə (DOST) məxsus “DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi” MMC-də direktor müavini, Dövlət Məşgulluq Xidmətində İdarə Heyəti sədrinin müşaviri, “Sybernet” MMC-də Texniki direktor işləyib.

Paylaş:
292

Son xəbərlər

Bütün xəbərlər