Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib

Qafar Ağayev17:46 - 08 / 07 / 2024
Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib

Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinə müdir təyin edilib.

1news.az xəbər verir ki, universitetin rektoru Şahin Bayramovun müvafiq əmrinə əsasən, Aytən Quliyeva sözügedən vəzifəyə təyinat alıb.

Aytən Quliyeva əmək fəaliyyətinə 2008-ci ildə Bakı Slavyan Universitetində başlayıb. 2013–2021-ci illərdə Elm və Təhsil Nazirliyində çalışıb.

Aytən Quliyeva 2021–2024-cü illərdə Təhsildə Keyfiyyət Təminatı Agentliyində (TKTA) İnformasiya və insan resursları şöbəsinin müdiri vəzifəsində çalışıb. Aytən Quliyeva TKTA-da işlədiyi dövr ərzində qurumun ictimaiyyətlə əlaqələr və kommunikasiya fəaliyyətinə də məsul olub.

Paylaş:
529

Son xəbərlər

Bütün xəbərlər