Bakı Şəhər DYP İdarəsindən yollarda məhdudiyyətlə bağlı sürücülərə MÜRACİƏT
Sabah səhər saat 06:00-dan 14 iyul saat 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində və Mikayıl Müşfiq küçəsində (M.Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, M.Müşfiq dairəsi də daxil olmaqla Parlament prospektinədək) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
1news.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsinin sürücülərə müraciətində deyilir.
Kənar dairəvi yoldan mərkəzə hərəkət edən sürücülər M.Müşviq küçəsindən İzzət Nəbiyev küçəsinə keçməklə Parlament prospektinə, şəhərin mərkəzindən Badamdar istiqamətinə hərəkət edən sürücülər Mehdi Hüseyn, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrindən keçməklə, eləcə də Abbas Mirzə Şərifzadə küçəsindən Kənar dairəvi yol və Badamdar istiqamətinə hərəkət edən sürücülər isə Yasamal qəbristanlığı ərazisindən keçməklə çıxa bilərlər.