Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ADY ilə bağlı qərarı məhkəmə tərəfindən ləğv edildi | 1news.az | Xəbərlər
Cəmiyyət

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ADY ilə bağlı qərarı məhkəmə tərəfindən ləğv edildi

Qafar Ağayev15:33 - 12 / 07 / 2024
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin ADY ilə bağlı qərarı məhkəmə tərəfindən ləğv edildi

Ötən ay İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Dəmir Yolları” QSC-yə qarşı yükdaşıma sifarişlərinin təsdiqindən əsassız imtina, törəmə şirkətlərə güzəştlərin tətbiqi nəticəsində rəqabətin məhdudlaşdırılması üzrə qanun pozuntularının aşkarlanması ilə bağlı qərar qəbul edib və icrası ilə bağlı göstəriş verib.

ADY-dən 1news.az-a verilən məlumata görə, “Alliance Logistics” MMC və “Caspian Rail” MMC-nin müraciəti əsasında Dövlət Xidməti tərəfindən “pozuntu” adlandırılan məsələyə hüquqi qiymət verilməsi üçün ADY tərəfindən məhkəməyə iddia ilə müraciət edilib.

Qeyd etmək lazımdır ki, yükdaşıma sifarişlərindən imtinalar əsassız olmayıb, Dövlət Xidmətinə müraciət etmiş şirkətlərin ADY-yə külli miqdarda borc öhdəlikləri olduğuna görə imtina edilib. ADY-nin borclu təşkilatların yüklərini pulsuz daşımaq kimi bir öhdəliyi olmadığını və daşımalarla əlaqədar tarif və əmsallar barədə məlumatların ADY tərəfindən eyni tarixdə bütün fraxt-agentlərə kommunikasiya və tətbiq edildiyini nəzərə alsaq, hər hansı qanun pozuntusuna yol verilmədiyini əminliklə demək olar.

Qeyd edək ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti iki il bundan öncə də ADY-yə qarşı oxşar məzmunlu qərar və göstəriş qəbul edib. Qərarda ADY-yə qarşı onun törəmə müəssisələrinin ekspeditor fəaliyyətinin dayandırılması, ADY-nin balansında olan vaqon parkının özü tərəfindən idarə edilməsi, tarif və güzəştlərin tətbiq edilməsi mexanizminin müəyyənləşdirilməsi və s. tələblər irəli sürülüb. Həmin qərar ADY tərəfindən mübahisələndirilib və bütün məhkəmə instansiyaları tərəfindən qanunsuz hesab edilərək ləğv edilib.

Regionun və Avropanın əksər ölkələrinin dəmiryol administrasiyalarında olduğu kimi, Azərbaycanda da ADY-nin yükdaşımalar üzrə ekspeditor fəaliyyəti göstərən törəmə şirkətləri var. ADY bu sahədə şəffaflığı daim qoruyur və həm törəmə, həm də özəl agent-ekspeditor şirkətləri ilə vahid şərtlər, bərabər yanaşma və tariflər əsasında əməkdaşlıq edir. Həmçinin ADY-nin törəmə şirkətləri bazarda “marketmeyker” (bazar tənzimləyicisi) funksiyasını yerinə yetirir. Bununla da xidmətlərin son müştəriyə ADY-nin təqdim etdiyi tariflərdən fərqli, böyük marja ilə satılmasının, yəni süni qiymət (tarif) artımının qarşısı alınır.

Məhkəmə tərəfindən qəbul edilmiş qərar bu cür fəaliyyətin tam qanunauyğun olduğu və heç bir pozuntu və ya rəqabətin məhdudlaşdırılmasına yol açmadığının bariz nümunəsidir.

Paylaş:
313

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər