Namizədlərin sənədlərinin yoxlanması üçün İşçi Qrupu fəaliyyət göstərir | 1news.az | Xəbərlər
Cəmiyyət

Namizədlərin sənədlərinin yoxlanması üçün İşçi Qrupu fəaliyyət göstərir

Qafar Ağayev10:29 - 12 / 07 / 2024
Namizədlərin sənədlərinin yoxlanması üçün İşçi Qrupu fəaliyyət göstərir

“Dairə Seçki Komissiyalarının hər birində namizədlərin sənədlərinin yoxlanması üçün İşçi Qrupu var”.

1news.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Dairə Seçki Komissiyasına təqdim edilməsinə başlanacaq.

“Biz hər zaman namizədlər üçün də yaddaş kitabçası hazırlamışıq. Azərbaycan Respublikası vətəndaşlarının passiv seçki hüququnun təmin edilməsi üçün geniş imkanlara malik olacaq”.

Paylaş:
274

Son xəbərlər

Bütün xəbərlər