Lənkəranda meyvə mağazasında kişi meyiti aşkar olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda meyvə mağazasında kişi meyiti aşkar olunub

14:54 - 13 / 07 / 2024
Lənkəranda meyvə mağazasında kişi meyiti aşkar olunub

Lənkəranda işlədiyi mağazada meyiti tapılan şəxsin kimliyi məlum olub.

1news.az-ın APA-ya istinadən verdiyi məlumata görə meyvə mağazasında meyiti tapılan şəxsin mağazanın sahibi Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Paşa oğlu Şirəliyev olduğu müəyyən olunub.

İlkin məlumata görə, Ruslan Şirəliyev mağazanın qapısını bağlayıb və özünə qəsd edib.

Qeyd edək ki, Ruslan Şirəliyev Lənkəranda tanınmış iş adamlarından biri olub.

Paylaş:
379

Son xəbərlər

Bütün xəbərlər