Bağ sahələrində narkotik tərkibli bitkilər yetişdirən Lerik sakinləri saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bağ sahələrində narkotik tərkibli bitkilər yetişdirən Lerik sakinləri saxlanılıb

10:04 - 13 / 07 / 2024
Bağ sahələrində narkotik tərkibli bitkilər yetişdirən Lerik sakinləri saxlanılıb

Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakinləri Zaur Məmmədov və Zöhrab Tahirov saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, həmin şəxslərin yaşadıqları ünvanlara keçirilən baxış zamanı bağ sahəsində kultivasiya yolu ilə yetişdirdikləri ümumilikdə 26 ədəd çətənə kolu, əlavə olaraq isə Z.Məmmədovun həyətdəki yardımçı tikilidə, Z.Tahirovun isə torpağa basdıraraq gizlətdiyi marixuana aşkarlanaraq götürülüb.

Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Faktlarla bağlı araşdırmalar aparılır.

Paylaş:
296

Son xəbərlər

Bütün xəbərlər