Bakıda dəyəri 10 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda dəyəri 10 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlanıb

Qafar Ağayev12:22 - 15 / 07 / 2024
Bakıda dəyəri 10 min manatdan çox olan qızıl-zinət əşyaları oğurlanıb

Bakının Nəsimi rayonu ərazisində yerləşən evlərin birindən 10150 manat dəyərində qızıl-zinət və məişət əşyalarının oğurlanıb.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş və axtarışda olan Seyfulla Qafarov saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
293

Son xəbərlər

Bütün xəbərlər