Bakıda üç marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda üç marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirilir

Qafar Ağayev16:26 - 17 / 07 / 2024
Bakıda üç marşrut xətti üzrə avtobusların hərəkəti müvəqqəti dəyişdirilir

Bakının yollarında aparılan təmir işləri ilə əlaqədar Mətbuat prospektində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

Bu barədə 1news.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Tətbiq edilən məhdudiyyətlə əlaqədar 29, 39, 96 və 206 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Nazim Hikmət küçəsi, Abbas Mirzə Şərifzadə küçəsi, Əbdürrəhim bəy Haqverdiyev küçəsi, Hüseyn Cavid prospekti, Mikayıl Müşfiq küçəsi ilə təşkil edilib.

Paylaş:
335

Son xəbərlər

Bütün xəbərlər