Çimərlikdə dəyəri 3000 manatdan çox olan 2 telefon oğurlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Çimərlikdə dəyəri 3000 manatdan çox olan 2 telefon oğurlanıb

Qafar Ağayev11:01 - 17 / 07 / 2024
Çimərlikdə dəyəri 3000 manatdan çox olan 2 telefon oğurlanıb

Səbail rayonu ərazisində yerləşən çimərlikdə oğurluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

1news.az DİN-ə istinadən xəbər verir ki, Səbail rayonu ərazisində yerləşən çimərlikdə bir nəfərin 3300, digər şəxsin isə 3000 manat dəyərində mobil telefonlarının oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən yeniyetmə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
204

Son xəbərlər

Bütün xəbərlər