Şimşək çaxıb, leysan xarakterli yağış olub - Faktiki hava | 1news.az | Xəbərlər
Cəmiyyət

Şimşək çaxıb, leysan xarakterli yağış olub - Faktiki hava

Qafar Ağayev09:37 - 18 / 07 / 2024
Şimşək çaxıb, leysan xarakterli yağış olub - Faktiki hava

İyulun 18-i saat 9:00-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, düşən yağıntının miqdarı Şəmkirdə 6 mm, Gədəbəydə 4 mm, Göygöl, Zaqatala, Şəki, Balakən, Gəncə, Tərtərdə 2 mm-dək olub. İyulun 17-də sarı xəbərdarlığa uyğun olaraq şərq küləyi arabir Culfada 19 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36, Naxçıvan MR-da və Aran rayonlarında 38, dağlıq rayonlarda isə 27 dərəcəyədək isti olub

Paylaş:
220

Son xəbərlər

Bütün xəbərlər