Daşkəsəndə Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasovla vida mərasimi keçirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Daşkəsəndə Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasovla vida mərasimi keçirilir

11:14 - 18 / 07 / 2024
Daşkəsəndə Birinci Qarabağ müharibəsinin şəhidi Akif Abbasovla vida mərasimi keçirilir

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Akif İlyas oğlu Abbasovun nəşi Daşkəsən rayonuna gətirilib.

1news.az-ın “Report”a istinadən məlumatına görə, şəhidin nəşi Daşkəsən rayonunun Əhmədli kəndində ailəsinə təhvil verilib.

Hazırda kənddə şəhidlə vida mərasimi keçirilir.

Qeyd edək ki, Akif İlyas oğlu Abbasov 1970-ci il iyulun 1-də anadan olub. O, 1993-cü il dekabrın 28-də Ağdam rayonunun Salahlı kəndində itkin düşüb.

A.Abbasov Gəncə Şəhidlər xiyabanında dəfn olunacaq.

Paylaş:
224

Son xəbərlər

Bütün xəbərlər