Muxtar Babayev Şəkidə vətəndaşları qəbul edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Muxtar Babayev Şəkidə vətəndaşları qəbul edib

13:28 - 19 / 07 / 2024
Muxtar Babayev Şəkidə vətəndaşları qəbul edib

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib.

Bu barədə 1news.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Qəbuldan əvvəl nazir və Şəki şəhər İcra Hakimiyyətinin başçısı Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Görüş zamanı ətraf mühitin mühafizəsi, meşələrin qorunması, biomüxtəliflik, işlə təminolunma və digər məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin isə araşdırılaraq zəruri tədbirlərin görülməsi üçün Nazirliyin məsul işçilərinə müvafiq tapşırıqlar verilib.

Paylaş:
344

Son xəbərlər

Bütün xəbərlər