Saatlıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Saatlıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

11:54 - 19 / 07 / 2024
Saatlıda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Saatlı rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində piyada ölüb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə səhər saat 09:00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.

Savalan Feyzullayev idarə etdiyi “Vaz” markalı avtomobillə hərəkətdə olarkən, yolu keçən piyada Səxavət Əzizovu vurub. Ağır xəsarətlər alan yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
286

Son xəbərlər

Bütün xəbərlər