“KIKO MILANO GOLD REFLECTIONS”: İşığa qərq olan gözəllik | 1news.az | Xəbərlər
Cəmiyyət

“KIKO MILANO GOLD REFLECTIONS”: İşığa qərq olan gözəllik

15:12 - 23 / 07 / 2024
“KIKO MILANO GOLD REFLECTIONS”: İşığa qərq olan gözəllik

İtaliya sahillərində qürub çağından ilhamlanaraq hazırlanmış yeni yay kolleksiyası

Bu yay KIKO MILANO İtaliya sahillərində günəş işığının enerji verən gözəlliyindən ilham alınaraq hazırlanmış üstün və cazibədar Gold Reflections Yay kolleksiyasını təqdim edir. İnnovativ formullara və teksturalara malik yüksək effektiv məhsul çeşidinə daxil olan hər bir məhsul gözəl xəzinələri əks etdirən və onların gözəlliyini vurğulayan günəş şüaları ilə İtaliyada yay abu-havasını bizə çatdırır. Özünəməxsus cəhətlərinizi vurğulayan, dərinizi Eolin qürubunun yumşaq, qızılı rəngi ilə işıqlandıran və zərif qablaşdırmaya malik bu məhsulları seçin.

Gold Reflections Kolleksiyasındakı hər bir formul dərini yüksək keyfiyyətlə qaratmaq üçün diqqətlə seçilmişdir, onun teksturaları təbii gözəllik yaradır və gözəlliyi daha da artırır, sanki dəriyə daxildən parlaqlıq bəxş edir. Rəng çalarları qürub zamanı barokko memarlığının bərq vuran bürünc parıltısından dan yeri sökülən zaman qum və bugenviliyanın çəhrayı qızılı tonuna qədər, yay mövsümündə İtaliya mənzərəsinin incə gözəlliyini nümayiş etdirir.

Gözəl görünüşünüzə parlaqlıq qatmağın vaxtıdır.

İşıltılar: hazırlıq

Günə gözəl görünüşlə başlamaq üçün iki hazırlıq prosedurundan istifadə edin: bir parça Hydra Gleam nəmləndirici Dodaq Balzamını applikatorun ucunda qızıl zərrəcikləri ilə tətbiq edin, ardınca çiyinlərinizə və dekolte nahiyənizə Gleaming Face & Body Fluid (üz və bədən üçün parladıcı maye) ilə mirvari parıltısı bəxş edin. Çiçək qoxulu bu vasitə sayəsində genəşdə yanmış parlaq görünüşə sahib olacaqsınız.

Gold Reflections: üz

Flawless Mirage Luminous Face Base məhsulunun köməyilə parlaq və yüngül baza yaradaraq üzünüzü hazırlayın. Universal alt qatı haylayterin parıltısı ilə birləşdirən nəmləndirici baza dərini təmizləyir, hamarlaşdırır, nəmləndirir və işıqlandırır və rahatlıq hissi bəxş edir. Qırışların hamarlanması və qüsurların gizlədilməsi üçün ideal olan bu qapadıcı mükəmməl, parlaq nəticə üçün əla seçimdir.

Kokos yağı və incə portağal qoxusu ilə zənginləşdirilmiş parıltısız bazaya malik Summerproof Powder Foundation SPF50 ilə əlavə örtük qatı yaradın. Bir anda sizə mükəmməl dəri bəxş edir, suya və tərə qarşı davamlıdır və asanlıqla nəticə verir. Duo Üz Fırçasından istifadə edərək, arzuolunmaz parıltının ola biləcəyi nöqtələrə tətbiq edin və gün ərzində bazanızı möhkəmləndirin.

Sonra, Gold Reflections kolleksiyasının əsas məhsulu olan Sunkissed Baked Bronzer bronzlaşdırıcı ilə cizgilərinizi vuğulayın və kontur yaradın. İpək toxunuşlu bronzlaşdırıcı üzü isidərək təbii bronzlaşma effekti yaratmaq üçün işlənib hazırlanmışdır. Limon çiçəkləri cöhvəri və jojoba yağının yumşaldıcı xüsusiyyətləri ilə zənginləşdirilmiş məhsul kolleksiyanın ikonoqrafiyasını əks etdirən iki dekorativ dizaynda təqdim olunur: dalğa effekti və melanj effekti. Nəticədə, bu məhsul kosmetika çantanız üçün dekorativ əlavə rolunu oynayır. İlk dəfə olaraq açıq çalardan tünd çalara qədər müxtəlif dəri tonlarını əhatə edən yüksək effektivliyə malik 4 məhsul təqdim edirik.

Bronzlaşdırıcı dəsti ilə üz görünüşünüzdə super innovasiya etməyin vaxtıdır: Fusion Glow Blush ənliyi. Yenilik sayılan krem-kirşan teksturasına malik bu unikal ənliyin tərkibində şi yağı var, möcüzəvi balzam kimi dəri üzərində rahatlıqla tətbiq edilir və ideal şəkildə dəriyə yayılır. Kremli parıltı effekti ilə yanaşı, bu məhsul inanılmaz rəng qoruma effektinə, sıx piqmentlərə və təkrarolunmaz parlaq görünüşə malikdir.

İndi isə, almacıq sümüklərinizdə, gözlərinizdə və dekolte bölgəsində Gleaming Waves All Over Haylayterindən, eləcə də üzünüzə parıltı vermək üçün Sculpt & Highlight Face Stick-dən istifadə edərək ikiqat haylayter dozası ilə parıltını artırmağın vaxtıdır. Haylayterdən razı qalsanız, gicgahların və çənənin ətrafında rəngin dərinliyini artırmaq və cizgiləri daha da vurğulamaq üçün Face Stick-in bronzlaşdırıcı ucundan istifadə edin.

Gold Reflections: gözlər

Qürub mənzərəsinin gözəlliyindən ilhamlanan yumşaq göz kölgələri ilə gözlərinizə qızılı rəng verin. Gold Reflection Sun Mirage Göz Kölgəsi Palitrasından yumşaq və dərin tonları qarışdırmaqla başlayın, dərin və intensiv rəng üçün tutqun və metal rənglərlə oynayın. İki rəng çaları palitrası: bunlardan biri İtaliyada günəşin doğuşunun istiliyindən, digəri isə, qürub çağının sərinliyindən ilham alınaraq yaradılıb və hər biri yüksək piqmentli tekstura sayəsində güclü və intensiv rəng ifadəsini təmin edir.

Tozşəkilli göz kölgəsinə alternativ olaraq, Sun Mirage Liquid Eyeshadow maye göz kölgəsindən istifadə edin. Bu, bir istifadədə superpiqmentli tekstura ilə 10 saat ərzində qalıcı maye metal rəngi yaradır. Qürub çağına dair gözəl xatirələr oyadan dörd effektiv rəng çalarında təqdim edilir.

Şəxsi seçiminizdən asılı olaraq iki göz layneri tərzindən biri ilə kiprik xəttini vurğulayın. Gözəçarpan rəng və yumşaq üslub üçün 10 Saatlıq Qrafik Aylayner və Kayal istifadə edin. Göz rənginizi vurğulayan tutqun və ya metal göz kölgəsi seçin. Kokos yağı ilə zənginləşdirilmiş formul 10 saata qədər qalıcılığı təmin edir. Bu, gözlərinizə çəhrayı, bənövşəyi, qızılı və ya mavi rəng çalarları vermək üçün idealdır. Əgər siz daha çox qrafik xətləri sevirsinizsə, bəyəndiyiniz effektdən asılı olaraq, iti və ya geniş, düz marker ucluğu seçərək sıx piqmentli qara cizgi çəkmək üçün 48H Wear Waterproof Eye Marker istifadə edin (suda axmayan göz markeri).

Son və ən vacib effekt üçün, Volume & Care Effect kiprik tuşunu seçin. Kipriklərinizə qayğı ilə yanaşaraq, dərin, qara piqment və əlavə həcm effektini təmin edir. Bu, məhz sizin axtardığınızdır. Baxışınızın gözəlliyini vurğulamaq üçün yaradılmışdır, 24 saata qədər qalıcı effekti test edilmişdir. Qidalandırmanı təmin etmək üçün jojoba efir yağları ilə zənginləşdirilmişdir və tətbiq edilən zaman kipriklərə həcm və sıxlıq bəxş etməklə yanaşı, həmçinin qayğı ilə yanaşır. Siz gün çıxandan batana qədər yay obrazınızı qoruyub saxlayacaqsınız!

Gold Reflections: dodaqlar

Dodaqlarınızın öz tonu ilə ideal şəkildə uzlaşacaq parıltı yaratmaq üçün seçilmiş üç məhsulla dodaqlarınızı vurğulayın. 12 saata qədər qalıcılığa malik olduğu sınaqdan keçirilmiş suya davamlı, avtomatik dodaq qələmi 12H Wear Waterproof Lip Liner ilə Kupidon qövsünü və dodaq xəttini vurğulayın.

Sonra, SPF30 və intensiv rəng müdafiəsi ilə nəmləndirici xüsusiyyətlərə malik innovativ formul olan Gleam & Care SPF30 dodaq boyasını tətbiq edin. SPF30 ilə yanaşı, bu məhsulun tərkibində həmçinin, dodaqlara qulluq edən, onlara yumşaqlıq bəxş edən və qidalandıran jojoba efir yağları və şi yağı da var. Zərif dəri rəngindən zəngin mərcan və dərin terakota qırmızı çalarına qədər müxtəlif rənglərdə mövcud olana hər bir dodaq boyası kolleksiyanın sahillərdən ilham aldığını əks etdirən dalğa effekti ilə işlənmişdir.

Dodaq rənginizi ideal şəkildə zənginləşdirən 3 yeni rəng çalarından ibarət məhdud saylı kolleksiya ilə ilk dəfə təqdim edilən dəbli baza məhsulu 3D Hydra Lipgloss Limited Edition ilə dodaqlarınızın obrazını tamamlayın. Yumşaq tekstura dodaqlarınıza yayılır və dərhal yerini alır, dodaqlar hamar və parlaq görünüş qazanır.

Gold Reflections: son toxunuşlar

Obrazınızı Sunset Mirage Dırnaq Boyasının üç qürub çağı tonundan biri ilə tamamlayın. Cəmi bir qat çəkməklə, istədiyiniz rəngi əldə edəcəksiniz. Sonra kolleksiyada sevdiyiniz məhsulları Glitter Pochette çantanıza qoyun və yola çıxmağa hazır olun. Budur, günəş də parlayır!

Reklam hüququnda

Paylaş:
718

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər