Sabahdan “Paris-2024” yay olimpiya oyunları eksklüziv olaraq İctimai TV-də canlı yayımlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabahdan “Paris-2024” yay olimpiya oyunları eksklüziv olaraq İctimai TV-də canlı yayımlanacaq

Qafar Ağayev10:39 - 23 / 07 / 2024
Sabahdan “Paris-2024” yay olimpiya oyunları eksklüziv olaraq İctimai TV-də canlı yayımlanacaq

İctimai TV (İTV) bu yay idman həyəcanı tam sürətlə davam etməkdədir!

İTV-dən 1news.az-a verilən məlumata görə, sabahdan başlayacaq və iyulun 26-da rəsmi açılış mərasimi olacaq planetin ən möhtəşəm idman yarışması “Paris-2024” yay olimpiya oyunları idman həvəskarlarına canlı yayımda təqdim olunacaq.

ITV0Avqustun 11-dək davam edəcək oyunlarda idmançılarımızın çıxışları, olimpiadanın rekordlar, sevinc və üzüntü ilə zəngin olan ən maraqlı, emosial anları İTV-nin efirində yaşanacaq.

İdmançılarımızın qələbə xəbərləri, yarışla bağlı eksklüziv təəssüratları ilk olaraq bizim efirdə bu il 30 illiyini qeyd edən Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə dəstəyi ilə Parisdən canlı yayımda nümayiş olunacaq.

Hər yarış gününün əvvəli və sonunda xüsusi olaraq Paris olimpiadası üçün hazırlanmış “Bol idman”ın yeni studiyasında idmançılarımızın çıxışları, şansları ekspertlərin iştirakı ilə müzakirə olunacaq.

Tamaşaçılara xoş seyrlər, idmançılarımıza isə bol-bol uğurlar arzulayırıq.

Paylaş:
1711

Son xəbərlər

Siyasi partiyalarla əlaqədar Ədliyyə Nazirliyinin Əsasnaməsində dəyişiklik edilib07 / 09 / 2024, 18:19Şirvanda qəza olub, iki nəfər yaralanıb07 / 09 / 2024, 17:54Qəzzada ölənlərin sayı 41 minə çatır07 / 09 / 2024, 17:26Masallıda 13 yaşlı sərnişin yol qəzasında ölüb07 / 09 / 2024, 16:58Səbaildə saxlanılan şəxslərdən 2 kq heroin aşkarlanıb07 / 09 / 2024, 16:32Azərbaycan XİN Braziliyanı Milli Günü münasibətilə təbrik edib07 / 09 / 2024, 16:27Azərbaycan Ordusunda maddi-texniki təminat üzrə toplanış keçirilib07 / 09 / 2024, 15:59Azərbaycanda dövlət hərbi qulluqçulara verilən güzəştli ipoteka kreditlərinə maliyyə dəstəyi göstərəcək07 / 09 / 2024, 15:38Mehriban Əliyeva Paralimpiya çempionu Orxan Aslanovu təbrik edib07 / 09 / 2024, 15:0527 ailəlik növbəti köç karvanı Şuşa şəhərinə çatıb07 / 09 / 2024, 14:44Arvadını təhdid edən kişi 15 sutkalıq həbs edildi07 / 09 / 2024, 14:22FHN: Ötən sutka ərzində 13 nəfər xilas edilib07 / 09 / 2024, 13:47Mehriban Əliyeva Azərbaycanın Paralimpiya çempionu Lamiyə Vəliyevanı təbrik edib07 / 09 / 2024, 13:26Azərbaycanın amfibiya təyyarəsi İzmir-Berqama istiqamətində meşə yanğınlarına cəlb olunub07 / 09 / 2024, 12:59Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri07 / 09 / 2024, 12:43Dələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb07 / 09 / 2024, 12:30Azərbaycan Prezidenti: Braziliya ilə dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına böyük əhəmiyyət veririk07 / 09 / 2024, 12:21Azərbaycan nefti ucuzlaşıb07 / 09 / 2024, 12:05İlham Əliyev Braziliya liderini təbrik edib07 / 09 / 2024, 12:01Sabahın hava proqnozu07 / 09 / 2024, 11:41
Bütün xəbərlər