Ağcabədidə polis narkotiklə bağlı əməliyyat keçirdi - 1 ayda 20 nəfər saxlanıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağcabədidə polis narkotiklə bağlı əməliyyat keçirdi - 1 ayda 20 nəfər saxlanıldı

Qafar Ağayev12:09 - 27 / 07 / 2024
Ağcabədidə polis narkotiklə bağlı əməliyyat keçirdi - 1 ayda 20 nəfər saxlanıldı

Ağcabədidə polisin keçirdiyi əməliyyatlar zamanı son 1 ay ərzində narkotiklərlə əlaqəli 20 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir nəticəsində çətənə bitkisinin kultivasiyasını təşkil edən rayon sakini Qadir Sultanov saxlanılıb. Onun həyətyanı sahəsinə baxış zamanı aqrotexniki qaydada qulluq edərək yetişdirdiyi çətənə bitkiləri aşkarlanıb.

Bundan əlavə, son 1 ay ərzində polisin keçirdiyi əməliyyatlar nəticəsində narkotiklərlə əlaqəli daha 19 nəfər saxlanılıb. Bu tədbirlər zamanı 10 kiloqram müxtəlif növ narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Paylaş:
535

Son xəbərlər

Bütün xəbərlər