“Qərbi Azərbaycanın Qastronomiya Günü” tədbiri keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Qərbi Azərbaycanın Qastronomiya Günü” tədbiri keçirilib

Qafar Ağayev10:20 - 30 / 07 / 2024
“Qərbi Azərbaycanın Qastronomiya Günü” tədbiri keçirilib

İyulun 29-da Dövlət Turizm Agentliyinin, Milli Kulinariya Mərkəzinin və Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qərbi Azərbaycanın Qastronomiya Günü” tədbiri keçirilib.

1news.az xəbər verir ki, tədbirin məqsədi Qərbi Azərbaycanın qədim və zəngin qastronomiya mədəniyyəti nümunələrinin, özünəməxsus təamlarının, bölgəyə məxsus adət-ənənələrin və folklor nümunələrinin bir qismini nümayiş etdirməkdir.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qastroturizmin inkişaf etdirilməsinin qurumun fəaliyyət istiqamətləri arasında yer aldığını bildirərək, bu istiqamətdə işlərin yalnız qastronomik turların təşkili və ya milli mətbəximizin tanıdılmasını ehtiva etmədiyini, həmçinin regionlarda unudulmuş qədim dadları üzə çıxarmaq, biomüxtəlifliyi qorumaq və yerli qastronomiyanın tanınmasına nail olmağın da məqsədlərə daxil olduğunu qeyd edib.

Tarixən çox qədim və zəngin olan, eyni zamanda unudulan Azərbaycan yeməklərinin aşkara çıxarılaraq nəsillərdən-nəsillərə ötürməyin mənəvi borc sayıldığını bildirən Fuad Nağıyev Dövlət Turizm Agentliyinin bundan sonra da Qərbi Azərbaycana məxsus daha geniş və çoxsaylı kulinariya nümunələrinin qorunmasına və təbliğatına hərtərəfli dəstək və töhfə verməyə hazır olduğunu vurğulayıb.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli Qərbi Azərbaycan mətbəxinə diqqətin bu gün çox əhəmiyyətli məsələ olduğunu qeyd edib. O, Qərbi azərbaycanlıların əsrlər boyu yaşamış olduqları tarixi torpaqlarında çox zəngin maddi, mədəni və mənəvi irs yaratdıqlarını qeyd edərək, bu irsin təkcə Azərbaycan xalqının deyil, həm də bəşər mədəniyyətinin, dünya mirasının tərkib hissəsi olduğunu vurğulayıb. O, XX əsrdə Qərbi azərbaycanlıların tarixən yaşadıqları, doğma yurdlarından - indiki Ermənistandan dəfələrlə deportasiya olunduqlarını və bunun nəticəsində onların maddi və qeyri-maddi irsinə ziyan vurulduğunu təəssüflə qeyd edib.

Əziz Ələkbərli bu irsin araşdırılmasının, tədqiq edilməsinin, öyrənilməsinin, qorunmasının, bərpa edilməsinin və gələcək nəsillərə ötürülməsinin günün aktual problemi kimi hər kəsin borcu olduğunu bildirib.
İcmanın İdarə Heyətinin sədri bu məsələdə Qərbi Azərbaycan İcmasının bilavasitə cavabdeh olan müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq etməyə hazır olduğunu qeyd edib.
Tədbirdə Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların və səfirliklərin təmsilçiləri, eləcə də ictimaiyyətin tanınmış nümayəndələri iştirak edib.

Tədbir zamanı Qərbi Azərbaycan mətbəxininin dərinliklərini bilən aşpaz və qənnadçıların hazırladıqları yeməklər, o cümlədən Basus dolması, Ələyəzli xan plovu, qovurğa, sucuq, əyirdək və digər təamlar təqdim edilib və onların dequstasiyası təşkil olunub, təqdim olunan yeməklərin tarixçəsi və istifadə olunan xüsusi inqrediyentlər haqqında Azərbaycan və ingilis dillərində məlumat verilib. Həmçinin Qərbi Azərbaycana məxsus “Tənzərə", "Qaladan-qalaya", "Ağbaba" yallı nümunləri nümayiş etdirilib.

Paylaş:
197

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər