Dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

15:52 - 31 / 07 / 2024
Dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur - FAKTİKİ HAVA

İyulun 31-i saat 15:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkirdə şimşək çaxıb, arabir qısamüddətli yağış yağıb.

Qərb küləyi arabir sarı xəbərdarlığa uyğun olaraq Daşkəsən 20-25 m/s, Goranboy 19 m/s, Naftalanda 16 m/s-dək güclənib.

Paylaş:
236

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər