Muxtar Babayev Ukrayna səfiri ilə COP29-a hazırlığı müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Muxtar Babayev Ukrayna səfiri ilə COP29-a hazırlığı müzakirə edib

10:44 - 31 / 07 / 2024
Muxtar Babayev Ukrayna səfiri ilə COP29-a hazırlığı müzakirə edib

Ukraynanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Yuriy Husyev ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşüb.

1news.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Paylaş:
233

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər