Taleh Kazımov bu il üçün iqtisadi artım proqnozunu açıqlayıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Taleh Kazımov bu il üçün iqtisadi artım proqnozunu açıqlayıb

Qafar Ağayev11:27 - 31 / 07 / 2024
Taleh Kazımov bu il üçün iqtisadi artım proqnozunu açıqlayıb

2024-cü ildə Azərbaycanda iqtisadi artımın 3,5-4 %, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 5,5-6 % olacağı gözlənilir.

1news.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının rəhbəri Taleh Kazımov Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrlərinə dair qəbul edilmiş qərarının açıqlanmasına həsr olunan mətbuat konfransında deyib..

“Gələn il isə ölkədə ümumi daxili məhsulun (ÜDM) 2-2,5 %, o cümlədən qeyri-neft-qaz sektorunda 4-5 % artacağı proqnozlaşdırılır".

O bildirib ki, bu il dünya bazarında neftin 1 barelinin orta qiymətinin 84,9 ABŞ dolları, təbii qazım 1 000 kubmetrinin qiymətinin isə 290,1 ABŞ dolları olacağı gözlənilir.

Paylaş:
225

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər