Qusarda narkotik bitkilər məhv edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Qusarda narkotik bitkilər məhv edilib

12:11 - 31 / 07 / 2024
Qusarda narkotik bitkilər məhv edilib

Qusarda 1 ton 410 kq çətənə kolu məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan 1news.az-a bildirilib ki, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaşxaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Zindan Muruq kəndində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Ümumi çəkisi 1 ton 410 kiloqram olan 824 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Paylaş:
250

Son xəbərlər

Bütün xəbərlər