Ədliyyə naziri Şamaxı rayonunda vətəndaşları qəbul edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Ədliyyə naziri Şamaxı rayonunda vətəndaşları qəbul edəcək

17:07 - 01 / 08 / 2024
Ədliyyə naziri Şamaxı rayonunda vətəndaşları qəbul edəcək

Ədliyyə naziri Fərid Əhmədov avqustun 19-da Şamaxı rayonunda Şamaxı, İsmayıllı, Qəbələ, Ağsu və Göyçay rayon sakinlərini qəbul edəcək.

Bu barədə 1news.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar Nazirliyin fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı 17 avqust tarixinədək Göyçay regional ədliyyə idarəsinə (ünvan: Göyçay şəhəri, Heydər Əliyev prospekti 30, əlaqə telefonu +994 2027 4-30-41) müraciət edərək, habelə Ədliyyə Nazirliyinin 012-510-10-01 (daxili nömrə: 2104) nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə qəbula yazıla bilər.

Həmçinin, vətəndaşların Nazirliyin elektron xidmətlər portalı (https://exidmet.justice.gov.az:8284/Other/Reception) vasitəsilə də qəbula yazılmaq imkanı var.

Qəbula gələn vətəndaşlardan şəxsiyyət vəsiqəsini də təqdim etmələri xahiş olunur. Qəbula yazılan şəxslərə qəbulun keçiriləcəyi ünvan və saat barədə əvvəlcədən məlumat veriləcək.

Paylaş:
205

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər