Yevlax rayonundan qaçırılan maşın Ağsu rayonu ərazisində tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Yevlax rayonundan qaçırılan maşın Ağsu rayonu ərazisində tapılıb

10:28 - 01 / 08 / 2024
Yevlax rayonundan qaçırılan maşın Ağsu rayonu ərazisində tapılıb

İyulun 31-i gecə saat 4 radələrində Yevlax rayonu Aran qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilin qaçırılması barədə Yevlax Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 1news.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobil Ağsu rayonu ərazisində tapılıb.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən İ.Əhmədov müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:
219

Son xəbərlər

Sabahın hava proqnozu

20 / 05 / 2025, 12:47
Bütün xəbərlər